28 il əvvəl öldürülən qızın meyiti tapıldı

11.11.2025

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiyanın Moskva vilayətinin Kaşira şəhərində 28 il əvvəl qətlə yetirilmiş bir qızın meyiti tapılıb. Məlumata görə, tapılan meyit 8 yaşlı qıza məxsusdur. 

Lent.az yerli mediaya istinadən xəbər verir ki, qızın qətlini törədən onun ögey atasıdır. 64 yaşlı kişi 1997-ci ilin martında uşaq “mənə yemək ver” dediyi üçün onu öldürüb. Cinayəti gizlətmək üçün də meyiti çantaya qoyaraq Kaşira şəhərində Vaxruşev küçəsindəki çoxmərtəbəli binanın zirzəmisində basdırıb.

28 il ərzində qız itkin düşmüş hesab olunurdu, lakin iş yenidən araşdırılmağa başlanıb. Nəticədə qızın ögey atasının yeri müəyyən edilib və dindirmə zamanı o, törətdiyi cinayəti etiraf edərək, uşağın basdırıldığı yeri göstərib.

Hadisə ilə bağlı cinayət işi açılıb.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью