Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün Nobel mükafatı laureatı, dünya şöhrətli Kolumbiya yazıçısı Qabriel Qarsiya Markesin doğum günüdür.
Kulis.az bu münasibətlə, ədəbi-estetik düşüncəyə “magik realizm”i gətirən yazıçının həyat və yaradıcılığı haqqında yazını təqdim edir.
Həyatın Markes çığırı 1927-ci il martın 6-da Cənubi Amerikada - Kolumbiyanın Arakatak şəhərində dünyaya göz açıb.
1927-ci ildə valideynləri başqa şəhərə getdiyindən baba-nənəsi tərəfindən böyüdülüb.
1936-cı ildə valideynlərinin yaşadığı Sukra şəhərinə gedir. 1946-cı ildə Boqote şəhərindəki Milli Universitetin hüquq fakültəsinə daxil olur
1947-ci ildə tələbəykən ilk hekayəsi işıq üzü görür, bədii ədəbiyyatla, şeirə həvəs göstərir.
1950-ci ildə ali təhsilini yarımçıq buraxıb peşəkar jurnalistika və ədəbiyyatla məşğul olmağa qərar verir.