28 ildir baş həkimdir YENİ VƏZİFƏSİ MƏLUM OLDU

29.07.2026

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Ölkə.az-ın əldə etdiyi xəbərə görə, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Anar Bayramov müvafiq əmr imzalayıb.

Digər əmrlə, E.Hüseynova Binəqədi rayonunun 9 saylı şəhər poliklinikasının baş həkimi təyin olunub.

Elnarə Əmir qızı Hüseynova 1993-cü ildən 13 nömrəli poliklinikada əmək fəaliyyətinə başlayıb. O, 1998-ci ildən bu tibb müəssisəsinin baş həkim işləyirdi.

9 saylı şəhər poliklinikasının baş həkimi Lalə Hacızadə isə fəaliyyətini bundan sonra Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 36 saylı şəhər poliklinikasında davam etdirəcək. O, adıçəkilən tibb müəsisəsinin baş həkimi vəzifəsinə gətirilib. Həmin vəzifə son zamanlar boş idi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью