28 illik inkişaf: QNET in baş direktoru şirkətin gələcəyindən danışdı

10.10.2026

Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.

1998-ci ildə əsası qoyulan şirkət, demək olar ki, üç onillik ərzində fəaliyyət coğrafiyasını genişləndirib, məhsul istiqamətlərini inkişaf etdirib və beynəlxalq icmasını böyüdüb. Biznes üçün 28 il əhəmiyyətli bir mərhələdir. Belə bir müddət təkcə şirkətin tarixindən deyil, həm də onun dəyişmək, yeni şəraitə uyğunlaşmaq və inkişafını davam etdirmək bacarığından xəbər verir.
Bu il QNET öz tarixində yeni mərhələyə də qədəm qoyub. 2026-cı ildə birbaşa satış sahəsində 20 ildən artıq təcrübəyə malik Mattias Mildenborn şirkətin baş direktoru təyin edilib.
QNET tarixinin növbəti mərhələsi
Şirkətin 28 illiyi münasibətilə təbriklərini çatdıran Mattias Mildenborn diqqəti yalnız indiyədək qət edilmiş yola deyil, ilk növbədə QNET-in gələcək inkişafına yönəldib:
“Artıq 28 ildir ki, QNET bütün dünyada inkişafını davam etdirir. Bu gün şirkətimizin yeni nəslini formalaşdıraraq həmin inkişafı daha da sürətləndiririk”.

Baş direktorun sözlərinə görə, hazırda əsas prioritetlər arasında korporativ idarəetmənin səmərəliliyinin artırılması, şəffaflığın təmin edilməsi və QNET-in fəaliyyət göstərdiyi bütün ölkələrdə iş standartlarının yüksəldilməsi dayanır:
“Bizim əsas məqsədimiz tam aydındır: daha səmərəli korporativ idarəetmə, daha çox şəffaflıq və QNET-in fəaliyyət göstərdiyi bütün ölkələrdə və ofislərdə daha yüksək standartların tətbiqi”.
Daha da güclü olmaq
Şirkətin 28 illiyi yalnız aralıq nəticələri ümumiləşdirmək üçün deyil, həm də uzunmüddətli hədəfləri müəyyənləşdirmək üçün bir fürsətdir.
“Biz gələcəkdə şirkətimizin 50 illiyini qeyd etmək üçün hədəflərimizi daha da yüksəltməyə çalışırıq. Müştərilərimizin, sahibkarlarımızın, əməkdaşlarımızın və tərəfdaşlarımızın həqiqətən etibar edə biləcəyi bir şirkət qurmaq istəyirik. Təkcə bu gün deyil, uzunmüddətli perspektivdə də”, - deyə baş direktor qeyd edib.
Onun təbrik müraciətinin əsas mövzusu gələcək olub. Söhbət QNET-in daha müasir, məsuliyyətli və dayanıqlı beynəlxalq şirkət kimi inkişafından gedir:
“Buna görə də QNET-in 28 illiyini qeyd edərkən artıq gələcəyə baxırıq. Daha güclü, müasir və məsuliyyətli şirkətin gələcəyinə!”
QNET Haqqında
QNET – qlobal həyat tərzi və sağlamlıq şirkətidir. Birbaşa satış modeli əsasında fəaliyyət göstərərək insanların daha sağlam və balanslı həyat sürmələrinə kömək edən eksklüziv məhsullar təqdim edir. 1998-ci ildən bəri QNET-in innovativ məhsulları və e-ticarət əsaslı modeli milyonlarla müştəri və mikro-sahibkarı birləşdirib.
Şirkət RYTHM – “Raise Yourself To Help Mankind” missiyası ilə fəaliyyət göstərir. QNET dünyanın bir sıra ölkələrində Birbaşa Satış Assosiasiyasının, həmçinin Honkonq @Health Food Association”, “Health Supplements Industry Association of Singapore” və digər təşkilatların üzvüdür. Şirkət həmçinin qlobal idman sponsorluqlarının tərəfdaşıdır, o cümlədən “Manchester City” Futbol Klubunun və Afrika Futbol Konfederasiyasının (CAF) rəsmi birbaşa satış tərəfdaşıdır. Bu əməkdaşlıqlar QNET-in qlobal miqyasda mükəmməlliyə sadiqliyini nümayiş etdirir.
Daha ətraflı məlumat üçün: www.qnet.net
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью