Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Bakı metrosunda xətlərin ayrılması layihəsi nəzərdə tutulan ardıcıllığa uyğun aparılır”.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, “28 May” və “Cəfər-Cabbarlı” stansiyalarının yaxınlığında olan iki hazırlıq şaxtasında işlər tamamlanıb, artıq tunel səviyyəsinə enilir: “Tunel səviyyəsində artıq xətləri fiziki olaraq ayırmaq üçün hazırlıq mərhələsi başlayıb.
İşlər xüsusi inşaat qaydası ilə aparılacaq. Bu səbəbdən hər hansı bir təhlükə olmadan və mümkün texniki cəhətdən ən qısa müddətdə işlərin ba
Əvvəlcə də elan elədiyimiz kimi, fiziki xətlərin ayrılması prosesinin ümumiyyətlə 11 ay davam etməsi gözlənilir”.
O qeyd edib ki, bu işlərə paralel olaraq “28 May”-“Cəfər Cabbarlı” stansiyaları arasında bir piyada tuneli də inşa olunmalıdır: “Platformanın arxasında, “Cəfər Cabbarlı”ya keçidi olan bir piyada tuneli var.
Onun eynisi də əks tərəfdə olacaq və hazırda həmin piyada tunelinin qazıntı işlərinə başlanılıb. Gələcəkdə, bu, piyada keçidi olacaq”.