28 May metrostansiyasında qatarda nasazlıq yaranıb

06.03.2025

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"28 May" stansiyasında "Dərnəgül-Əhmədli" marşrutu üzrə hərəkət edən qatarda texniki nasazlıq yarandığı üçün sərnişinlər düşürülüb və qatar "Nərimanov" elektrik deposuna göndərilib.

Bu barədə Avtosfer.az-a Bakı Metropoliteninin Mətbuat Xidmətindən bildirilib. 

Qeyd olunub ki, həmin qatarın əvəzinə xəttə qatar verilib. İki qatar arasında yaranmış 7 dəqiqəlik interval fərqi qısa müddətdə aradan qaldırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью