28 May metrosunun yaxınlığındakı köşk götürüldü

04.07.2025

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakının "28 May" metrostansiyasının qarşısındakı ərazidə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yanında qanunsuz qoyulan köşk götürülüb.

Bu barədə Axar.az-a Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) bildirilib.

Məlumata əsasən, araşdırma nəticəsində sözügedən köşkün əraziyə qanunsuz quraşdırıldığı məlum olub:

"Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq strukturu ötən gün qanunsuz yerləşdirilən köşkü ərazidən götürüb".

Qeyd edək ki, “Bakı Dəmiryol Vağzalı" və “28 May” metrostansiyasının qarşısındakı ərazidə abadlıq-quruculuq işləri aparılan zaman yığışdırılan köşkün ötən gün yenidən yerləşdirildiyi məlum olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью