“28 may” stansiyasında sərnişinlər qatardan düşürüldü SƏBƏB

04.12.2024

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Bakı metrosunda “yaşıl xətt” - “Əhmədli-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatar “28 may” stansiyasında ikən maşinist nasazlıq ehtimalı ilə qatara sərnişinsiz baxış keçirilməsini tələb edib.

Bu barədə Lent.az-a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən bildirilib.

“Bu səbəbdən “28 may” stansiyasında sərnişinlər düşürülüb. Qatar xəttə ikən qatara baxış keçiriləcək. Digər əlavə məlumatları təqdim edəcəyik”, - məlumatda bildirilib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью