Icma.az, Azvision portalına istinadən məlumat yayır. Bunu jurnalistlərə açıqlaması zamanı “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov b
Onun sözlərinə görə, dünya praktikası da göstərir ki, xətlərin müstəqil fəaliyyət göstərməsi sıxlığın azaldılması üçün mühüm əhəmiyyət kəsb
“İlkin planımıza əsasən, “28 May” və “Cəfər Cabbarlı” stansiyalarını ayırmaq nəzərdə tutulur.
Belə ki, “Dərnəgül” stansiyasından gələn qatarlar “Xətai” stansiyasına qədər davam edəcək, “İçərişəhər” stansiyasından yola düşən qatarlar isə “Həzi Aslanov” istiqamətində hərəkət edəcək.
Bununla intervalları qismən azaldacağıq”, - deyə “Bakı Metropoliteni” QSC-nin sədri vurğulayıb.
Hazırda Qırmızı və Yaşıl xətlərə yalnız bir, “Nərimanov” deposunun xidmət göstərdiyini deyən Vüsal Aslanov “Dərnəgül” deposunun istifadəyə verilməsi planlaşdırıldığını sözlərinə əlavə edib: “Bu depo istifadəyə verildikdən sonra Yaşıl xəttin müstəqil deposu olacaq.
Növbəti tədbirlərimizdən biri “İçərişəhər” və “Xətai” stansiyalarında geridönüş tunellərinin təkmilləşdirilməsidir.
Qatarların son stansiyaya çatdıqdan sonra dərhal geri qayıtması üçün texniki fasilə tələb olunur.