“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? VİDEO

18.09.2026

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paytaxtın “28 May” Nəqliyyat Mübadilə Mərkəzində avtobusların gün ərzində hərəkəti kameraya düşüb.

Avtosfer.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) paylaşdığı görüntülərdə müxtəlif saatlarda mərkəzdə avtobusların hərəkəti əks olunub.

Kadrlardan “28 May” NMM-də avtobusların ardıcıl şəkildə mərkəzə daxil olduğu və sərnişinlərin minib-düşdüyü görünür. Görüntülərdə səhər saatlarından günorta saatlarınadək nəqliyyat mərkəzində hərəkətin intensivliyi də əks olunub.

Qeyd edək ki, “28 May” Nəqliyyat Mübadilə Mərkəzindən çoxsaylı müntəzəm marşrut avtobusları hərəkət edir. AYNA-nın məlumatına görə, mərkəzdən gündəlik 16 müntəzəm marşrut üzrə 259 avtobusla 181 min sərnişin daşınır.

bax.tvhttps://player.bax.tv/embed/227139.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler

Eltac

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью