Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yeni elmi araşdırma ABŞ-ın ən sıx məskunlaşdığı 28 şəhərinin torpaq səviyyəsinin ildə 2 ilə 10 millimetr arasında dəyişən sürətlə batdığını ortaya qoyub.
Alimlərin peyk radar ölçmələrinə əsaslanan tədqiqatı Nyu-York, Çikaqo, Dallas, Denver və Hyuston da daxil olmaqla böyük şəhərlərdə ciddi çöküntü proseslərinin getdiyini sübut edib.
Milli.Az xəbər verir ki, Virciniya Politexnik İnstitutu və Virciniya Dövlət Universitetindən olan tədqiqatçılar yüksək ayırdetməli peyk məlumatlarından istifadə edərək bu şəhərlərin ətraflı batma xəritələrini hazırlayıblar.
Nəticələrə görə, tədqiq olunan 28 şəhərin hər birində ərazilərin ən azı 20 faizi batmaqdadır.
Bu şəhərlərin 25-də isə torpaqların azı 65 faizi batma prosesinə məruz qalır.
Texas ştatının şəhərləri arasında ən yüksək batma göstəricisi Hyustona məxsusdur.
Məlum olub ki, şəhərin təxminən 40 faizi ildə 5 millimetrdən çox, 12 faizi isə 10 millimetr sürətlə batır.