28 yaşlı kişi hamamda öldü

18.08.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Bakıda 28 yaşlı kişi hamamda ölüb.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə avqustun 17-si saat 1 radələrində paytaxtın Səbail rayonu ərazisindəki evlərdən birində baş verib.

Salyan rayon sakini, 1998-ci il təvəllüdlü Tarverdi Hüseyn oğlu Haxverdiyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti kirayədə yaşadığı Ö.F.Nemanzadə küçəsindəki evin hamam otağında tapılıb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью