28 yaşlı “Miss Ekvador” Maria Arquello toy ərəfəsində dünyasını dəyişib...

07.06.2025

Sia Az saytına istinadən Icma.az xəbər verir.

“Miss Ekvador” yarımfinalçısı 28 yaşlı Maria Lorena Arquello toyuna az qalmış dünyasını dəyişib. Ölümün səbəbi dəqiqləşdirilmir. Milli gözəllik müsabiqəsinin təşkilatçıları üzücü xəbər yayıblar.

SİA-nın məlumatına görə, onlar qızın ailəsinə və yaxınlarına başsağlığı veriblər.

Mariyanın nişanlısı toya hazırlaşdıqlarını deyib. Qəza mərasim ərəfəsində baş verib. Onun sözlərinə görə, gəlinin ölümü onun üçün çox ağır zərbə olub.

...Maria Arquello 12 mart 1997-ci ildə anadan olub. O, tibb təhsilli olub və Las Amerika Universitetində cərrah olmaq üçün təhsil alıb.

O, 2024-cü ildə Ekvadorun paytaxtı Kitonu təmsil edərək gözəllik müsabiqəsində iştirak edib.

Nazlı Almuradova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью