28 yaşlı qadın 61 yaşlı sevgilisini öldürməkdə şübhəlidir Bakıda

08.06.2025

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

İyunun 8-də saat 1 radələrində paytaxtın Sabunçu rayonu ərazisində qətl hadisəsi baş verib. 

Ölkə.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 28 yaşlı Nigar İbrahimli aralarında yaranmış münaqişə zəminində tanışı 61 yaşlı Hikmət Məmmədova bıçaqla xəsarət yetirib. 

Xəstəxanaya yerləşdirilən H.Məmmədov orada ölüb. 

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə N.İbrahimli saxlanılaraq istintaqa təhvil verilib. 

Araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью