Icma.az, sport24.az saytına istinadən bildirir.
"Səbail" klubunda rəhbərlik dəyişikliyi olacaq. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Bayıl təmsilçisinin idarəçiliyində yaxın vaxtlarda mühüm dəyişikliklər baş verəcək.
Mənbənin bildirdiyinə əsasən, klubun hazırda təxminən 280 min manat məbləğində borcu var. Yeni rəhbərlik bu borcların ödənilməsini öz üzərinə götürüb
Ümumi borcun böyük hissəsi futbolçuların maaşları ilə bağlıdır. Belə ki, "Səbail"in oyunçulara üç aylıq əməkhaqqı borcu mövcuddur və bu məbləğ təxminən 240 min manat təşkil edir.
Bundan əlavə, kluba rəhbərlik edəcək şəxslərin İdarə Heyətinin sədri və üzvlərinin müəyyənləşdirilməsində də əsas söz sahibi olacaq.
Qeyd edək ki, "Səbail" ötən mövsüm I Liqada mübarizə aparıb və çempionatı üçüncü pillədə başa vurub.