280 min suriyalı qaçqın öz ölkəsinə qayıdıb

18.02.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı  Filippo Qrandi "X" hesabında suriyalı qaçqınların və məcburi köçkünlərin geri qayıtması ilə bağlı paylaşım edib.

Bakıvaxtı.az xəbər verir ki, Qrandi ötən ilin dekabrın 8-də Suriyada Əsəd rejiminin devrilməsindən sonra 280 min suriyalı qaçqının və 800 mindən çox məcburi köçkünün öz evlərinə qayıtdığını təxmin etdiklərini qeyd edib: 

"Ancaq erkən bərpa səyləri daha cəsarətli və daha sürətli olmalıdır. Əks halda, insanlar yenidən gedəcək",- Ali Komissar bildirib.

Qrandi həmçinin Suriyada erkən bərpa üçün təcili addımlar atmağa çağırıb.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью