286 gün dənizdə qalan aviadaşıyıcının son halı

03.09.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisinin paslı görüntüsü diqqət çəkib. 

Gəmi uzunmüddətli missiyadan sonra Taylandın Laem Çabanq limanına daxil olub.

“Cebheinfo.az” CNN-ə istinadən xəbər verir ki, təxminən 1100 fut uzunluğundakı gəminin gövdəsinin böyük hissəsində pas izləri müşahidə edilib.

Keçmiş ABŞ Hərbi Dəniz Qüvvələri kapitanı Karl Şusterin sözlərinə görə, 60 gündən çox fasiləsiz dənizdə qalan gəmilərdə, xüsusilə su xətti boyunca paslanma qeyri-adi deyil. Onun sözlərinə görə, pasın tam təmizlənməsi və gəminin yenidən rənglənməsi üçün təxminən 30 gün tələb oluna bilər.

Taylanddakı qısa dayanacaq zamanı isə yalnız ən prioritet təmir işlərinin aparılması gözlənilir. Şuster pasın vaxtında aradan qaldırılmasının vacib olduğunu bildirib. Çünki pas polad konstruksiyaları zəiflədə və zamanla daha ciddi problemlərə səbəb ola bilər.

“USS Abraham Lincoln” ötən ilin noyabrından etibarən 286 gününü dənizdə keçirib və Yaxın Şərqdə uzunmüddətli hərbi əməliyyatlarda iştirak edib.

Aişə
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью