Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS Abraham Lincoln” təyyarə gəmisində xidmət edən təxminən 5000 heyət üzvü 286 günlük dəniz missiyasından sonra Taylandın Pattaya şəhərinə çatıb.
“Qafqazinfo” xəbər verir ki, uzunmüddətli missiyadan sonra heyətin bir hissəsi şəhərdə istirahətə çıxıb.
Dənizçilər alış-veriş edib, “fast-food” restoranlarına gedib, bəziləri isə uzun missiyanın yorğunluğunu pedikür etdirməklə aradan qaldırmağa çalışıb.
Əsgərlərin Pattayadakı “Colour Nail” salonunda pedikür etdirməsi diqqət çəkib. Həm kişi, həm də qadın əsgərlərin salonda növbə gözlədiyi bildirilib.
Bəzi heyət üzvləri ticarət mərkəzlərini ziyarət edərək yeni corab, geyim və müxtəlif əşyalar alıblar. Digərləri isə “fast-food” restoranlarında yemək yeyiblər.
Pattayadakı bəzi mağaza və restoranlar ABŞ əsgərlərinə xüsusi endirimlər təklif edib. Minlərlə hərbçinin səfərinin yerli iqtisadiyyata müsbət təsir göstərəcəyi gözlənilir.
Əsgərlərin istirahəti gecə klublarında da davam edib. “USS Abraham Lincoln” gəmisinin dənizçiləri və dəniz piyadaları Pattayanın mərkəzindəki gecə klublarından birində əylənib. Bəzi hərbçilər səhnədə musiqi sədaları altında rəqs edərkən görüntülənib.