29 il sonra Braziliya çempionu oldular

09.12.2024

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Braziliya çempionatında cari mövsümün qalibi müəyyənləşib.

QOL.az xəbər verir ki, final mərhələsində "Botafoqo" "San Paulo"nu qəbul edib.  Rio-de-Janeyroda, "Joao Havelanj Olimpiya Stadionu"nda keçirilən görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Nəticədə "Botafoqo" xallarının sayını  79-a çatdırıb və “Palmeyras” (73 xal) üçün əlçatmaz olub.

Bununla da komanda 29 il sonra yenidən Braziliya çempionu adını qazanıb.  "Botafoqo" buna 1968 və 1995-ci illərdə nail olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью