29 il sonra çempion OLDULAR

09.12.2024

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Braziliya çempionatında cari mövsümün qalibi müəyyənləşib.

Bakupost.az xəbər verir ki, final mərhələsində "Botafoqo" "San Paulo"nu qəbul edib. Rio-de-Janeyroda, "Joao Havelanj Olimpiya Stadionu"nda keçirilən görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Nəticədə "Botafoqo" xallarının sayını 79-a çatdırıb və “Palmeyras” (73 xal) üçün əlçatmaz olub.

Bununla da komanda 29 il sonra yenidən Braziliya çempionu adını qazanıb. "Botafoqo" buna 1968 və 1995-ci illərdə nail olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью