29 ildən sonra boşandılar

14.10.2025

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin tanınmış iş adamı Ali Sabancı və “Doğan” ailəsinin üzvü Vuslat Doğan Sabancı 29 illik evliliklərini rəsmi şəkildə başa çatdırıblar.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, cütlük birgə açıqlama yayaraq heç bir maddi tələb irəli sürmədən dostcasına ayrıldıqlarını bildirib.

“Birlikdə həm sevincli, həm də çətin günlər yaşadıq. Amma son illərdə münasibətimizdə fərqliliklər yarandı. Nə qədər çalışsaq da, eyni mövsümdə görüşə bilmədik. Artıq evliliyimizi sonlandırmaq qərarına gəldik”, – açıqlamada deyilir,

Qeyd edək ki, mətbuatda yayılan 5 milyard TL-lik (203 milyon AZN) təzminat iddiaları isə Sabancı və Doğan tərəfindən təkzib olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью