29 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

20.05.2025

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 19-da ümumi çəkisi 29,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Məlumatı DİN mətbuat xidməti verib. 

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 25,6 kiloqramdan artıq  marixuana, 2 kiloqrama yaxın metamfetamin, 1 kiloqrama yaxın tiryək, 650 qram heroin və 12 ədəd çətənə kolundan ibarət olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

P.ƏMİRCANOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью