29 sentyabrdan qatar cədvəli dəyişir Bakı Ağstafa reysləri artırılır

25.09.2025

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Artan sərnişin tələbatını qarşılamaq üçün 29 sentyabrdan başlayaraq Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Redaktor.az-a verilən məlumata görə, qatar həftəiçi günlər hər iki istiqamətdə hərəkət edəcək.

Bundan əlavə, sərnişinlər Bakı-Qazax-Bakı marşrutu ilə ənənəvi qrafiklə hər gün səfər edə bilər.

“Biletiləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz”, - məlumatda qeyd olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью