29 ştat Meta nı məhkəməyə verdi

20.08.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-nin 29 ştatı “Facebook” və “Instagram” sosial şəbəkələrinin sahibi olan “Meta” şirkətinə qarşı 200 milyard dollar məbləğində təzminat tələbi ilə məhkəmə iddiası qaldırıb.

“Cebheinfo.az” xəbər verir ki, ştatların baş prokurorları “Meta”nın platformalarının, xüsusilə də uşaqlar üçün asılılıq yaradacaq şəkildə hazırlandığını iddia edirlər.

Məhkəmə prosesi 1990-cı illərdə ABŞ-də iri tütün şirkətlərinə qarşı açılan tarixi məhkəmə işlərini xatırladır.

Həmin dövrdə 40-dan çox ştat siqaret şirkətlərini istehlakçıları yanıltmaq, eləcə də ictimai səhiyyə böhranına səbəb olmaqda ittiham etmişdi.

Prosesin sonunda tütün şirkətləri milyardlarla dollar ödəməyə və marketinq strategiyalarında dəyişikliklər etməyə razılaşmışdılar.

“Meta”ya qarşı hazırkı iddianın əsas diqqət mərkəzində isə istifadəçilərin qarşısına hansı məzmunların çıxacağını müəyyən edən alqoritmlər dayanır.

Baş prokurorlar bu sistemlərin istifadəçiləri platformalarda daha uzun müddət saxlamaq məqsədilə hazırlandığını bildirirlər.

Ekspertlər hesab edirlər ki, məhkəmə prosesinin nəticəsi bir sıra şirkətlərin biznes modellərində uzunmüddətli və ciddi dəyişikliklərə səbəb ola bilər.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью