29 vilayətdə fırıldaqçılıq əməliyyatı: 64 həbs

03.09.2025

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyədə son bir ayda 29 vilayətdə keçirilən əməliyyatlarda 388 vətəndaşı aldadan 89 şübhəli saxlanılıb, onlardan 64-ü həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili işlər naziri Əli Yerlikaya bildirib.

Onun sözlərinə görə, şübhəlilərin saxta dövlət məmuru, vəkil, bank işçisi kimi tanıdaraq vətəndaşları aldadaraq fırıldaqçılıq etdikləri və internet vasitəsilə dələduzluq törətdikləri müəyyən edilib.

Onların bank hesablarında 28 milyon lirəlik əməliyyat aşkar olunub və istintaq başladılıb. Nazir vurğulayıb ki, cinayətkar şəbəkələrə qarşı mübarizə qətiyyətlə davam etdiriləcək. 

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью