29 yaşlı oğlan dəm qazından boğulub öldü

20.11.2024

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Ovçubərə kəndində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini, 1995-ci il təvəllüdlü İbabəyli Rəşad Əlibala oğlu yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью