29 yaşlı oğlan dəm qazından öldü

21.11.2024

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Biləsuvarda 29 yaşlı oğlan dəm qazından boğularaq ölüb.

“Qafqazinfo” xəbər verir ki, bədbəxt hadisə dünən Ovçubərə kəndində baş verib.

Belə ki, kənd sakini İbabəyli Rəşad Əlibala oğlu yaşadığı mənzildə ölü tapılıb.

Araşdırma zamanı məlum olub ki, mənzildə İran sobasının borusunda quşların yuva salması faciəyə səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью