29 yaşlı prodüserin cəsədi tapıldı

21.06.2026

Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Reperlər Travis Skott və Dreykin hitləri ilə tanınan, "Qremmi" mükafatına namizəd olan amerikalı musiqi prodüseri Tey Kit vəfat edib.

Axşam.az xəbər verir ki, prodüser 29 yaşında dünyasını dəyişib. 

Onun cəsədi mənzilində polis əməkdaşları tərəfindən aşkarlanıb. Kitin ölüm səbəbi hələlik bəlli deyil.

Qeyd edək ki, "Britavius ​​Lakeith Chambers" adı ilə anadan olan Kit hip-hopun bir sıra görkəmli simaları ilə işləyib. O, daha çox Travis Skottun 2018-ci il hit-paradlarının ən yaxşısı olan "Sicko Mode" mahnısının həmmüəllifi kimi tanınır. Kit həmçinin Dreyk ("Nonstop"), Beyons ("Before I Let Go"), Eminem ("Not Alike") və başqalarının mahnılarına da öz imzasını atıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью