3 5 qəpiyi qəbul etmirlər

25.01.2025

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dəfələrlə Bakıda belə hadisə ilə üzləşmişəm.

Gedirsən hər hansı bir yerə 3 qəpik, 5 qəpik verəndə götürmürlər. Yanvarın 25-də    " 20 yanvar" metrostansiyasının yaxınlığında fəaliyyət göstərən tualetdə bir kişinin verdiyi 4  ədəd beş qəpiyi xidmətçi götürmürdü.  

Deyirdi ki, müdirimiz tapşırıb ki, 3-5 qəpikləri göturməyək. Ancaq bu  dəfə daş qayaya rast gəlmişdi. Müştəri bildirdi ki,  verdiyim pul Azərbaycan puludur, hüququnuz yoxdur ki, onu qəbul etməyəsiniz. Axır ki, müştərinin israrlı tələbindən sonra xidmətçi donquldana- donquldana pulu götürdü. Çox qəribədir, nə üçün bəzi yerlərdə  Azərbaycanın 3- 5 qəpiyini   götürmək istəmirlər.

Bu Azərbaycan puluna hörmətsizlik olmaqla yanaşı, həm də birmənalı olaraq qanun  pozuntusudur. Qanunlara əməl etmək isə hamının borcudur!

Emil Faiqoğlu         

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью