3 800 qaziyə sosial psixoloji xidmətlər göstərilib

04.02.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tarixi Zəfərimizlə yekunlaşan Vətən müharibəsindən sonrakı dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 3 800 qaziyə tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini məlumat yayıb.

Bildirilib ki, agentliyin reabilitasiya mərkəzlərində onların reabilitasiya potensiallarının reallaşdırılması üçün davamlı olaraq məqsədyönlü işlər aparılıb. Bu məqsədlə peşəkar həkim komandası tərəfindən müasir və effektiv reabilitasiya üsulları tətbiq olunub.

Görülən işlər nəticəsində qeyd edilən qazilərdən artıq 265 nəfəri reabilitasiya olunaraq əvvəlki sağlamlıqlarına qovuşub və əlilliklərini geridə qoyub. Digər qazilərlə də reabilitasiya işləri davam edir.

Müharibədə əzalarını itirmiş hərbçilərimizin yüksək texnologiyalı son nəsil protezlərlə, qaçış üçün yüksək texnologiyalı protezlərlə təminatı işləri də aparılıb. Bu reabilitasiya vasitələri müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sərbəst və aktiv, rahat hərəkətlər etmələrinə imkan yaradır.

Gülər 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью