“3 adamdan ikisi oxuduğu mətni başa düşmür”

08.09.2026

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Oxu savadlılığı ilə bağlı PISA nəticələrində Bakı şəhəri 56-cı yerdədir”.

“Qafqazinfo” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 tədqiqatının nəticələrinə dair mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, tədqiqat bizim oxuda geridə qaldığımızı göstərir: “Bu, regiona xas xüsusiyyətdir. Bəlkə də, sovet təhsil siteminin qalıqları ilə bağlıdır. Burada hələ görüləcək işlər çoxdur. Hər 3 nəfərdən ikisi Azərbaycanda minimal nəticə göstərib. Yəni, 3 adamdan ikisi oxuduğu mətni başa düşmür. Bu, ölçmənin nəticəsidir və çox böyük problemdir. Yüksək oxu bacarıqları olanların faizi isə 0,1-dir”.

Nazir həmçinin vurğulayıb ki, təbiət elmləri, oxu savadlılığı və riyaziyyat üzrə qızların nəticələri oğlanları ötüb.

Gülnar Əliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью