“3 ailə üzvümün ölüm xəbərini toyda almışam” Nazənin

17.12.2024

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

“Qardaşım rəhmətə gedəndə bilməmişəm, səhəri gün deyiblər mənə. Aylar öncədən toy danışmışdıq. O rəhmətə gedəndə toyda olmuşam, yoldaşım deməyib mənə. Gecə toy bitib, zəng edib ki, Nazənin  həyatdır, hər şeyə hazırlıqlı olmaq lazımdır, sən evimizə gəlmə, get rayona, qardaşın rəhmətə gedib”.

Lent.az xəbər verir ki, bu fikirləri müğənni Nazənin teleproqramlardan birində səsləndirib.

“Anamla atamın da ölüm xəbərini toyda almışam. Hər ikisində də eyni şadlıq sarayında toyda idim. Müğənnilik də bütün peşələr kimi bir peşədir. Bizim də dərdimiz-qəmimiz olur. Lakin sonradan yenidən işimizə davam etmək məcburiyyətindəyik”, - o qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью