3 ay ərzində 4800 ölü: QƏZZA ilə bağlı DƏHŞƏTLİ faktlar

27.12.2024

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsrail ordusunun Qəzza zolağının şimalında 3 aya yaxındır həyata keçirdiyi hücumlarda ən azı 4800 fələstinli ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qəzza hökumətinin media ofisi məlumat yayıb.

Ofisin direktoru İsmayıl-əs Səvabitin "Anadolu Agentliyi"nə verdiyi müsahibədə qeyd edilib ki, baş verən hadisələr etnik qırğın halı almağa başlayıb: 

"Baş verənlər soyqırımıdır, etnik təmizləmə siyasətidir. Ölənlərdən əlavə 10 mindən çox yaralı var. Bundan başqa, minlərlə vətəndaşımız İsrail ordusunun nəzarəti altında həbsdədir".

O, bildirib ki, beynəlxalq təşkilatların susqunluğu və hadisələrlə bağlı adekvat mövqe bildirməməsi hücumları cavabsız qoyur.

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью