Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
İyulun 30-da Mikroneziyada iki ada arasında 6 metrlik qayıqla səyahətə çıxan 9 nəfər Sakit okeanda fırtınaya düşüb.
"Cebheinfo.az" xəbər verir ki, üç ay ərzində okeanda sürüklənən qayıq itkin düşdüyü ərazidən təxminən 5 min 400 kilometr uzaqlıqda, Kiribati sahillərində, göyərtəsində ikisi uşaq olmaqla 5 nəfərlə birlikdə aşkarlanıb.
Möcüzəvi şəkildə xilas edilən 5 nəfər xəstəxanaya yerləşdirilib. İtkin düşən digər 4 nəfərin axtarışları isə davam etdirilir. Uzun müddət aclıq və susuzluqla mübarizə aparan Vanis Veyta, Vboy Veyta, Akinis Devid, Pol Pol və Tedvin Pol tibbi nəzarətə götürülüb. Danışmaqda çətinlik çəkən və həddindən artıq halsız vəziyyətdə olan şəxslərə venadaxili maye verilməsinə başlanılıb.
Qayıqla dənizə çıxdıqları zaman göyərtədə olan digər 4 nəfərin taleyi isə hələ də məlum deyil. Yerli hakimiyyət orqanları onların axtarışlarının davam etdirildiyini açıqlayıb.
Əfsanə
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin