Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Real"ın baş məqşçisi Joze Mourinyo La Liqanın "Elçe"yə qarşı matçı ərəfəsində komandasının inkişaf templərini necə qiymətləndirdiyini danışıb.
Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis daimi irəliləyiş görmək istədiyini vurğulayıb:
"3 ay vaxt istəyirəm, halbuki başqaları 10 il tələb edir... Ola bilsin ki, tam düzgün ifadə etmədim. Demək istəyirəm ki, 3 ay sonra indi olduğumuzdan daha yaxşı olmağımızı istəyirəm. Lakin 3 ay ərzində inanılmaz səviyyəyə çatmagımıza imkan verəcək sehirli düsturum yoxdur. Məqsəd hər matçda və hər məşqdə təkmilləşməkdir. Oyunçular nə qədər uzun müddət birlikdə çalışsalar və məşqçi komanda ilə nə qədər uzun müddət işləsə, onun daha güclü olmaq imkanları bir o qədər çox olar".
Qeyd edək ki, "Real" İspaniya La Liqasında 5 turdan sonra 12 xal toplayıb və lider "Barselona"dan 3 xal geri qalmaqla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi