3 aya marketdən 7 minlik məhsul oğurladı

24.01.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Marketdən oğurluq edən şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Abşeron rayonunun Xırdalan şəhərində talama cinayəti baş verib. Zərərçəkən polisə müraciət edərək işlədiyi mağazadan 7000 manatlıq məhsulun oğurlandığını bildirib. 

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə 46 yaşlı A.Məmmədov əməli törətməkdə şübhəli bilinərək saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs mağzadan oğurluqları 3 ay ərzində hissə-hissə törədib.  

Fakt üzrə araşdırmalar aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью