Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq. 3 aylıq körpə, yeni doğulan körpə ilə müqayisədə, daha fəal və çevik olur.
Anayam.az bildirir ki, körpənin nəzərə çarpacaq dərəcədə, ətrafda baş verənlərə reaksiyası dəyişir. Şəxsi davranış xüsusiyyətləri yaranır.
İnkişafı düzgün qiymətləndirmək üçün, 3 aylıq körpənin nələrin bacarmalı olduğunu bilmək lazımdır.
3 aylıq körpənin özəllikləri - 2 aydan 3 aya qədər körpə orta hesabla boyda 3 sm, çəkidə 600-800 qr artırır. - Gün ərzində 3 dəfə yatır.
Ümumilikdə yuxu saatı 15 – 17 saat arası təşkil edir. Sağlam körpə gecə oyanmadan ( və ya 1 dəfə yemək üçün oyanır) yatır.
Narahat yuxu, daimi ağlamaq, şıltaqlıq ən müxtəlif xəstəliklərə görə müşahidə edilir.
Səbəb: virus infeksiyası, nevroloji pozuntular, davamlı sancılar, yemək uyğunsuzluğu və ya azlığı səbəb ola bilər.
Bəzi uşaqlar havanın küləkli olmasına, pisləşməsinə həssas olur. Bu da onların əhvalına təsir edir. - Körpə şəxsi tələbinə görə yemək edir.