3 Azərbaycan vətəndaşı Qazaxıstanda xəstəxanada müalicə alır

27.12.2024

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hazırda Qazaxıstanın Manqistau vilayətində xəstəxanada təyyarə qəzasında xəsarət alan 3 Azərbaycan vətəndaşı müalicə alır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Kazinform” saytı tibb müəssisəsinə istinadən məlumat yayıb. 

Bildirilib ki, xəstəxanada ümumilikdə qəzada yaralanan 6 sərnişin müalicə alır. Onlardan 4-ü reanimasiyadadır. Yaralılıardan birinin vəziyyəti çox ağır, üçünün vəziyyəti isə stabil ağır qiymətləndirilir. 

Həmçinin pasiyentlərdən ikisi travmatologiya şöbəsində müalicəsini davam etdirir. 

Xəstəxanadan bildirilib ki, yaralılardan 3-ü Azərbaycan, 3-ü Qırğızıstan vətəndaşıdır və onlara bütün lazımi kömək göstərilir.

Qeyd edək ki, təyyarədə 5-i ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Onlardan 38-i həlak olub, 29 nəfəri sağ qurtulub. Son məlumata əsasən, təyyarədə olan 37 Azərbaycan vətəndaşından 26-sı qəzada həlak olub. Hazırda həlak olanlarının nəşi və yaralıların ölkəyə gətirilməsi prosesi həyata keçirilir. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью