3 azərbaycanlının həyatını dəyişəcək Adları bəlli oldu!

25.11.2026

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2026–2027-ci tədris ilində üç Azərbaycan vətəndaşı Türkiyənin nüfuzlu universitetlərində dövlətlərarası təqaüd proqramı çərçivəsində doktorantura təhsili almaq hüququ qazanıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, təqaüd proqramı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi (YTB) arasında imzalanmış Niyyət Məktubu əsasında həyata keçirilir. ShopByBro

Yekun seçim nəticələrinə əsasən, proqrama qəbul olunan azərbaycanlı tələbələr Ankara və Sakarya universitetlərində təhsil alacaqlar.

Onlar beynəlxalq münasibətlər, idarəetmə elmləri, mühasibat uçotu və maliyyə ixtisasları üzrə doktorantura səviyyəsində təhsil alaraq elmi fəaliyyətlərini davam etdirəcəklər.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью