3 azyaşlı badımcan turşusundan zəhərlənib xəstəxanaya yerləşdirildi

11.10.2025

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tovuzda zəhərlənmə faktı qeydə alınıb.

Lent.az-ın əldə etdiyi məlumata görə hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayon sakinləri 4 yaşlı İ. Hüseynzadə, 5 yaşlı N. Hüseynzadə  və 6 yaşlı G. Hüseynzadə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib.

Dərhal onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Məlumata görə azyaşlılar yaşadıqları evdə badımcan turşusu yedikdən sonra zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью