3 bayram ard arda gəlir: Tətil günləri TƏQVİM KONKRET

12.11.2026

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2027-ci ilin mart ayında Azərbaycanda uzunmüddətli istirahət günlərinin yaranacağı gözlənilir.

KONKRET.az ajansaz-a istinadən xəbər verir ki, gələn il 8 Mart – Beynəlxalq Qadınlar Günü, Ramazan və Novruz bayramları mart ayına təsadüf edəcək.

Təqvimə əsasən, 8 Mart bazar ertəsi gününə düşür. Astronomik hesablamalara görə, Ramazan bayramının isə martın 9-10-da qeyd olunacağı ehtimal edilir. Bu tarixlər rəsmi təsdiqlənərsə, həftəsonu ilə birlikdə martın 6-dan 10-dək ardıcıl beş gün istirahət etmək mümkün olacaq.

Novruz bayramının isə martın 20-24-də qeyd olunacağı gözlənilir. 2027-ci ildə bayramın ilk iki gününün şənbə və bazara təsadüf etməsi səbəbindən əlavə istirahət günlərinin yaranması da mümkündür. Mövcud qanunvericiliyə əsasən, bayram günləri həftələrarası istirahət günləri ilə üst-üstə düşdükdə növbəti iş günü də istirahət günü hesab edilir.

Bu qayda tətbiq olunarsa, martın 20-dən 28-dək ardıcıl doqquz gün istirahət yarana bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью