3 bürc üçün yeni imkanlar yaranır

09.09.2026

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Astroloqların proqnozlarına görə, bəzi bürclər üçün yeni və əhəmiyyətli dəyişikliklər dövrü başlayır.
Bizim.Media xəbər verir ki, planetlərin hərəkəti xüsusilə Əkizlər, Əqrəb və Qoç bürclərinin həyatında fərqli yeniliklər və fürsətlər vəd edir.
Əkizlər
Uranın Əkizlər bürcündə retroqrad hərəkətə keçməsi bu bürcün nümayəndələri üçün “zehni azadlıq” dövrünün başlanğıcı kimi qiymətləndirilir. Köhnə düşüncələrdən uzaqlaşmaq, ünsiyyətdə sərhədlər müəyyənləşdirmək və yaradıcı ideyaları reallaşdırmaq üçün əlverişli imkanlar yaranır.
Əqrəb
Veneranın Əqrəb bürcünə keçməsi bu bürcün nümayəndələrinin cazibəsini və şəxsi xarizmasını artırır. Münasibətlərdə emosional bağların güclənməsi, həmçinin keçmişdən qalan yarımçıq məsələlərin həlli gündəmə gələ bilər.
Qoç
Neptunun Qoç bürcünə keçidi bu bürc üçün uzunmüddətli transformasiya mərhələsinin başlanğıcı hesab olunur. Bu dövrdə intuisiya güclənir, yeni başlanğıclar, liderlik və özünü yenidən kəşf etmək üçün imkanlar artır. (Metbuat.az)
Bizim.Media 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью