3 bürcün bəxti gətirəcək

01.10.2026

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Uzun müddətdir zəhmətlərinin qarşılığını ala bilməyən və bir sıra çətin sınaqlardan keçən bəzi bürclər üçün dönüş nöqtəsi başlayır. Astroloqların şərhlərinə görə, ulduzların əlverişli düzülüşü keçmişdə atılan addımların nəticəsini almağın vaxtının gəldiyini göstərir. Bu dövrdə həm maddi, həm də mənəvi baxımdan rahatlıq yaşayacaq bürclərin həyatında yeni imkanlar yarana bilər.

Taleyin üzlərinə güləcəyi və zəhmətlərinin bəhrəsini görəcəyi bildirilən 3 bürc açıqlanıb.

OĞLAQ

Son illərdə çətin sınaqlardan keçən Oğlaqlar üçün artıq "məhsul yığımı” dövrünün başladığı iddia edilir. Karyera və maliyyə sahəsində göstərdikləri səylərin qarşılığını almağa başlayacaqları bildirilir.

Keçmişdə haqqı tapdanan və əməyinin qiymətləndirilmədiyini düşünən Oğlaqların həm maddi vəziyyətində, həm də sosial mövqeyində müsbət dəyişikliklər yaşana bilər.

Onlar uzun müddət gözlədikləri nəticələri əldə edərək keçmişdə yaşadıqları çətinliklərin geridə qaldığını hiss edə bilərlər.

ƏQRƏB 

Emosional baxımdan ağır sınaqlardan keçən Əqrəblər üçün də yeni mərhələnin başlayacağı bildirilir.

Uzun müddət səbr edən və müxtəlif haqsızlıqlarla üzləşən Əqrəblərin bundan sonra həyatlarında daha müsbət hadisələrlə qarşılaşacağı qeyd olunur. Keçmişdə yaşadıqları məyusluqların yerini rahatlıq və daxili sakitlik tuta bilər.

Xüsusilə sevgi həyatında və şəxsi dünyalarında gözlədikləri huzura qovuşmaları, həmçinin keçmişdəki çətinlikləri geridə qoymaları mümkün hesab edilir.

BALIQ 

Fədakarlığı və həssaslığı ilə seçilən Balıqlar üçün də uğurlu dövrün başlayacağı iddia olunur.

İndiyədək qarşılıq gözləmədən etdikləri yaxşılıqların özlərinə müxtəlif formada geri dönəcəyi bildirilir. Qarşılarına gözlənilməz imkanlar çıxa, yeni qapılar açıla bilər.

Xüsusilə maliyyə sahəsində rahatlama, yeni fürsətlər və uzun müddətdir arzuladıqları məqsədlərə yaxınlaşmaq Balıqlar üçün qarşıdakı dövrdə gündəmə gələ bilər.

Beləliklə, uzun müddət səbr edən Oğlaq, Əqrəb və Balıq bürclərinin həyatında yeni və daha əlverişli mərhələnin başlayacağı astroloji proqnozlarda vurğulanır.

///Musavat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью