Icma.az, Axsham.az portalına istinadən məlumat verir.
Yazar Coan Ketlin Roulinqin məşhur "Harri Potter" kitabı əsasında serialında "Albus Dambldor" obrazını kimin canlandıracağı bəlli olub.
Axşam.az xəbər verir ki, rol 79 yaşlı aktyor Con Litgouya həvalə edilib.
Qeyd edək ki, Con 6 "Emmi" və 2 "Qızıl Qlobus"a layiq görülüb.
"Harri Potter" filmlərində sözügedən obraz iki aktyor - Riçard Harris və Maykl Qambon tərəfindən canlandırılıb. Harris 2002-ci ildə 72 yaşında Qambon isə 2023-cü ildə 82 yaşında vəfat edib.