3 cü övladı olacağını bu geyimdə açıqladı

02.12.2025

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Məşhur aktrisa Sienna Millerin üçüncü övladı olacaq.

Axşam.az xəbər verir ki, 43 yaşlı aktrisa bunu "Fashion Awards 2025" mərasimində açıqlayıb. Miller qırmızı xalçaya şəffaf paltarda çıxaraq qarnını nümayiş etdirib. O, tədbirə övladının atası - özündən 14 yaş kiçik model və aktyor sevgilisi Oli Qrinlə çıxıb.

Qeyd edək ki, Miller 29 yaşlı Qrinlə 2022-ci ildən görüşür. Bu, cütlüyün ikinci övladı olacaq. Onların artıq 2023-cü ilin dekabrında doğulan qızları var. Aktrisanın əvvəlki münasibətindən aktyor Tom Starriclə Marlo adlı böyük qızı da var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью