Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. İsmayıllıda 61 yaşlı kişi arı sancması nəticəsində dünyasını dəyişib.
Allerqoloq Şahvələd Məmmədov bununla bağlı “Yeni Sabah” hadisənin izahını verib: “Arı sancması allergiyalarının bir növüdür.
Həşərat sancmaları arasında arı sancması ən təhlükəlisidir. Dördpendirli pizza “Anaflaktik şok” deyilən bir məfhum var.
Bu, təkcə o demək deyil ki, dərman anafilaksiyası, yəni dərmanlara qarşı reaksiya var.
Arı sancmasının özündən də anaflaktik şok, anafilaksi əmələ gələ bilər.
Arı sancmasından təkrar-təkrar sensibilizə olduqda orqanizm reaksiya verir.
Məsələn, keçən il bir dəfə, ondan qabaqkı il bir dəfə — bu, artıq üçüncü olur.
2 dəfə arı sancmasına məruz qalan xəstə üçüncü dəfə ağır anaflaktik şok keçirə və sonda bu, ölümə gətirib çıxara bilər.