Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa daha bir beynəlxalq tədbirə ev sahibliyi edib.
Hər kəsin bildiyi kimi 19 iyul tarixindən etibarən Şuşada 3-cü Şuşa Qlobal Media Forumu keçirilir.
3 gün ərzində nəzərdə tutulan forumda 52 ölkədən 140-a yaxın xarici qonaq, o cümlədən 30-dan çox informasiya agentliyinin, 7 beynəlxalq təşkilatın, 80-ə yaxın media strukturunun, eləcə də digər ixtisaslaşmış qurumların nümayəndələri iştirak edir.
SİA-nın əməkdaşı da forumda iştirak edən xarici və yerli mətbuat nümayəndələrindən və qonaqlardan forumla bağlı fikrlər öyrənməyə çalışıb.
"Euronews" kanalının müxbiri Tobi Qreqori: “Məncə, forum olduqca əhəmiyyətli və aktual məsələləri əhatə etdi.
Bu, dünyanın müxtəlif yerlərindən gəlmiş jurnalistlərin fikirlərini dinləmək, onların düşüncə tərzlərini və yanaşmalarını anlamaq baxımından olduqca faydalı idi.
Belə tədbirlər müxtəlif perspektivlərin bir araya gəlməsinə imkan yaradır.
Düşünürəm ki, rəsmi sessiyalar önəmlidir, lakin sessiyalardan kənarda baş verənlər bəzən daha dəyərli olur.