3 dəqiqə içində həyatım alt üst oldu

03.11.2026

Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.

Türkiyəli sosial media fenomeni Danla Bilic bədənindəki dolğular səbəbindən keçirdiyi əməliyyatlar haqqında danışıb.

Axşam.az xəbər verir ki, fenomen tikişlərinin açıldığını və çətin sağalma mərhələsindən keçdiyini bildirib:

"Hər şey normal gedərkən 3 dəqiqə içində həyatım alt-üst oldu. Həkim müayinələrim, test nəticələrim çox yaxşı idi. Qızlarla görüşdə dedim ki, "Sol tərəfim ağrıyır". Birdən tikişlərim açıldı və irin axmağa başladı. İrin ombamdan deyil, qarın bölgəmdən axırdı. 5 dəqiqə sonra temperaturum 39 dərəcəyə qalxdı və bütün bədənim şişdi. Təcili xəstəxanaya yerləşdirildim".

Danla bildirib ki, həkim ona əvvəlcədən xəbərdarlıq edib:

"Həkim mənə demişdi ki, bir də belə hal təkrarlansa, bədənimi kəsib dolğuları çıxaracağıq. Mənə zəng edəndə yalnız bir şey dedim, "Kəs və götür!" Ombamın üst hissəsini kəsib dolğuları təmizlədilər. Videonu dostuma göstərdim, halı o qədər pisləşdi ki, ona sistem qoşdular. Çox dəhşətli əməliyyat idi. O anda həmin günə qədər özümü sevmədiyimin fərqinə vardım. İlk gün rahat idi. İkinci gün dedim ki, özümü yaxşı hiss edirəm, tək qalmaq istəyirəm. Dostlarım gedəndən bir saat sonra vəziyyətim pisləşdi. Yataqda yata bilmirdim, çünki sanki ətimi çəkirdilər. Çox çətin gecə keçirdim, həddindən artıq çox dərman qəbul etdim.

Bir həftə də xəstəxanada qaldım. Allah heç kimi xəstəxanada qalmağa məcbur etməsin. Üstəlik, ad günüm ərəfəsi idi".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью