3 dövlət qurumu Ağdamda mina partlayışına dair məlumat yaydı

14.02.2025

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Baş Prokurorluq, DİN və ANAMA-nın mətbuat xidmətləri birgə məlumat verir yayıb.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, Ağdam rayonunun əvvəllər işğal olunmamış Ayaq Qərvənd kəndi ərazisindən keçən Xaçın çayının hövzəsində mina hadisəsi baş verib.

Quzanlı kənd sakini 1965-ci il təvəllüdlü Məmmədov Fayiq Ərşad oğlu idarə etdiyi "Howo" markalı yük avtomobili ilə hərəkətdə olarkən sel sularının gətirməsi ehtimal olunan piyada əleyhinə minaya düşmüş, partlayış zamanı həmin avtomobilin sol arxa çarx hissəsi zədələnmiş, hadisə nəticəsində xəsarət alan olmamışdır.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

​​​​​​"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью