3 ədədi 10 manata satılan TOYUQLAR “AQTA deyir ki, hər şeyin bərkimişi yaxşıdır” | Icma.az
Yenicag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Satışı həyata keçirilən bu toyuqlar illər boyu yumurtlamayan, yumurtadan kəsilmiş toyuqlardır”.
Bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Yenicag.az-a açıqlamasında bildirib.
O, son vaxtlar küçələrdə, xüsusən də metro çıxışlarında və əhalinin çoxluq təşkil etdiyi digər yerlərdə 3 ədədi 10 manata satılan toyuqlar barədə danışıb.
“Küçələrdə, xüsusən metro çıxışlarında satışı həyata keçirilən bu toyuqlar bərk olduğu üçün onları mağazalara qablaşdırıb vermək olmur.
Bu səbəbdən də onlar sözügedən yerlərdə həmçinin kənd toyuğu adı altında satışa çıxarılır.
Bu toyuqların Türkiyədən gəlmə mənbəyi və Azərbaycanda olan mənbələr barədə məlumatlar vardır.
Lakin bu məlumatlardan hansının dəqiq olduğu hələ də bilinmir”.
Tam oxu
Xəbəri oxu